İstanbul Valiliyi şəhərin Başakşehir, Küçükçekmece və Arnavutköy rayonlarında yaşanan sel fəlakəti ilə bağlı yeni açıqlama yayıb.
Açıqlamada bildirilir ki, sel 1 754 mənzili yararsız hala salıb. Zərər çəkmiş mənzillərin bir qismi ofis kimi fəaliyyət göstərib.
Məlumatda görə, daşqın nəticəsində evləri yararsız hala düşən sakinlər ictimai qonaq evlərinə yerləşdiriləcəklər.
Xəsarət alanların sayı haqqında da məlumat yenilənib. Belə ki, İstanbulda baş verən sel nəticəsində 12 nəfər xəsarət alıb, onların hamısı xəstəxanaya yerləşdirilib.
Mənbə: Haber Global
01:49
İstanbul Valiliyi Başakşehir və Küçükçekmecedə sel sularında iki nəfərin həyatını itirdiyini açıqlayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində daha beş nəfər xəsarət alıb.
Zərərçəkmişlər təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.
Mənbə: Haber Global
00:19
İstanbulun bəzi rayonlarında yağan güclü yağış səbəbindən yolları su basıb.
Leysan metronun Başakşehir stansiyasının işini iflic edib.
Arnavutköydə çox sayda ev və iş yerinin su basması xəbərilə bağlı bölgəyə çoxlu xilasetmə briqadası cəlb edilib. Digər rayonlardan da bölgəyə yanğınsöndürən maşınlar göndərilib.
İstanbul valisi Davud Gül sosial media hesabında etdiyi paylaşımda insanları sel və daşqınlara qarşı diqqətli olmağa səsləyib.
Mənbə: Haber Global