İstanbulda Tacikistan müxalifətinin lideri Umarali Kuvvatov güllələnib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Sabah qəzeti yazıb.
Bildirilir ki, hadisə Fatih rayonunda baş verib. O zaman Kuvvatov həyat yoldaşı və uşaqları ilə birlikdə xəstəxanaya gedirmiş.
Evdən çıxmazdan bir qədər əvvəl Kuvvatovlar ailəsinin yanında tanışları gəlib, bundan sonra bütün ailə özünü pis hiss edib.
Xəstəxanaya gedən yolda naməlum şəxs qaçaraq siyasətçiyə yaxınlaşıb və onun başına atəş açıb.
Polisin məlumatına görə, ailənin qonağı olmuş şəxs saxlanılıb, onun Kuvvatovların evində yeməyi zəhərlədiyi güman olunur.