Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin İstanbulda keçirdikləri Suriyadakı münaqişə ilə bağlı sammit başa çatıb.
Oxu.Az bununla bağlı Türkiyə KİV-ə istinadən xəbər verir.
18:24
Bu gün İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya prezidentlərinin iştirakı ilə dördtərəfli Suriya zirvəsi başlayıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sammiti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıb.
“Bütün dünyanın gözü bu toplantıdadır. Bizdən gözləntiləri doğruldacağımıza inanıram”, - o bildirib.
Bundan əvvəl isə, Ərdoğan Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə təkbətək görüş keçirib.