Türkiyənin İstanbul şəhərinin Şirinevler məhəlləsində baş verən partlayışda yaralananların sayı artıb.
İlkin məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, ikisi ağır olmaqla dörd nəfər yaralanıb.
Mənbə: Haber Global
16:46
Türkiyənin İstanbul şəhərinin Şirinevler məhəlləsində binada partlayış baş verib.
Təbii qazdan qaynaqlandığı bildirilən partlayışda yaralananlar üçün hadisə yerinə çoxlu təcili yardım maşını göndərilib.
Bahçelievler Bələdiyyə Başçısı Hakan Bahadır hadisə nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin isə yaralanaraq xəstəxanaya aparıldığını bildirib.
Mənbə: Haber Global