Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İstintaq baş katibin Ermənistanı tərk etməsinə icazə verdi
İstintaq 2008-ci ildə konstitusiya quruluşunu devirməkdə ittiham olunan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun Ermənistanı tərk etməsinə icazə verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı TASS agentliyinə respublikanın xüsusi istintaq xidmətinin mətbuat katibi Marina Oqancanyan məlumat verib.
“Xaçaturov bir müddətlik Ermənistan ərazisini tərk edə bilər. Ona qarşı seçilmiş qətimkan tədbiri buna maneə törətmir”, - M.Oqancanyan qeyd edib.
Yuri Xaçaturov 2008-ci il martın 1-də baş verən hadisələrdə ittiham olunur. O zaman Xaçaturov Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi vəzifəsini tuturdu.
"Ermənistan" teqi üzrə xəbərlər
- İran Ermənistana qoşun yeritməyə hazırdır
- Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİ-yə qəbul edilməyəcək?
- Əvvəlcə Qarabağda məğlub olan, indi Orta Şərqdə uduzan ölkə
- Kreml Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini şərh etdi
- Ermənistan hökuməti Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqlədi
Rəylər