Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsveç hökuməti İranda ölüm cəzasına məhkum edilmiş aliminin azadlığını tələb edir
İsveç hökuməti rəsmi bəyanat yayaraq, 2016-cı ildən Tehranın Evin zindanında məhbus olan və edama məhkum edilən güneyli İsveç vətəndaşı Əhmədrza Cəlalinin dərhal azad edilməsi ilə bağlı çağırış edib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard bəyan edib.
O, vurğulayıb ki, alim Əhmədrza Cəlalinin ailəsinə qovuşması üçün onun azad edilməsi dərhal və humanitar əsaslarla təmin edilməlidir.
"Əhmədrza Cəlali və onun yaxınları bilməlidirlər ki, onun azad edilməsi üçün göstərdiyimiz səylər davam etdirilir", - deyə XİN rəhbəri vurğulayıb.
"İranda edamlar" teqi üzrə xəbərlər
- İranda edamların sayı 75 faiz artıb
- İranda İsrail kəşfiyyatına işləməkdə ittiham olunan şəxs edam edildi
- İran həbsxanalarında edamlar: Təkcə mart ayı üzrə dəhşətli rəqəmlər açıqlandı
- BMT: "2024-cü ildə İranda ən azı 900 nəfər edam edilib"
- İranda siyasi məhbus: "Hər dörd saatdan bir edamın şahidi oluruq"
Ən çox oxunanlar