Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsveç Şimali Avropanın ən böyük İslam mərkəzinin rəhbərini deportasiya edir
Təxminən iki həftə əvvəl mülki geyimli şəxslər gecəyarısı din xadimi Möhsün Həkimullahinin evinə daxil olaraq onu aparıblar.
Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, Həkimullahi Stokholm ətrafındakı İslam Mərkəzinin imamıdır.
Qeyd olunur ki, 63 yaşlı din xadimi Şimali Avropanın ən böyük şiə mərkəzini idarə etmək üçün İrandan İsveçə göndərilib və bir neçə il bu ölkədə yaşayıb, yerli siyasi xadimlər və dini təşkilatlarla əlaqələri inkişaf etdirib.
İsveç təhlükəsizlik xidmətinin sözçüsü din xadimi ilə bağlı heç bir cinayət təhqiqatının olmadığını deyib və izah edib ki, ölkənin təhlükəsizliyinə təhdidlərə qarşı müxtəlif kəşfiyyat qiymətləndirmələri əsasında deportasiya qərarları verilə bilər.
"İran" teqi üzrə xəbərlər
- İranda hərbi obyektdə partlayış: Ölən və yaralananlar var
- Novruz bayramı İranda "mədəni dəyərlərə zidd" hesab olunub
- İran limanında gəmi yanıb
- İranda ardıcıl istefa xəbərləri: Pezeşkian hökumətində nə baş verir?
- İrandan Azərbaycana 22 kiloqram narkotik vasitə keçirmək istədilər: Dəstə üzvləri ƏLƏ KEÇDİLƏR