İsveç hökuməti bu gün 2010-cu ildə ölkədə ləğv edilmiş ümumi hərbi xidmətə çağırışın bərpasına dair qərar qəbul edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə İsveçin SR radiosu məlumat yayıb.
“Bu gün hökumət ümumi hərbi xidmətə çağırışı bərpa etmək barədə qərar qəbul edəcək”, - radio məlumat yayıb.
“Bizim, könüllülərdən ibarət bölüklərin komplektləşdirilməsi ilə çətinliklərimiz olub və bununla nə isə etmək lazımdır. Bu səbəbdən də hərbi xidmətə çağırışı bərpa etmək lazımdır”, - İsveçin müdafiə naziri Peter Hultkvist bildirib.
Məlumata görə, 1999-cu ildə və daha sonrakı illərdə doğulmuş bütün qızlar və oğlanlar 2017-ci ilin iyulundan sonra hərbi xidmətə çağırış alacaqlar. Xidmətin özü isə gələn ildən nəzərdə tutulur. Bununla yanaşı isə orduya əsas çağırış könüllü şəkildə həyata keçiriləcək.
Məsələ ölkədə keçən il müzakirə edilib və 2016-cı ildə keçirilən ictimai fikrin öyrənilməsinə dair sorğulara müvafiq olaraq, isveçlərin əksəriyyəti ümumi hərbi xidmətə çağırışın yaxşı ideya olduğunu hesab etdiklərini bildiriblər.
N.О.
www.oxu.az