İsveç Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın krallıqdakı səfiri Sergey Belyayevi çağırıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə xarici siyasət idarəsinin press-relizində bildirilib.
"XİN bu gün, avqustun 29-da Rusiyanın Stokholmdakı səfirini çağırıb", - məlumatda qeyd olunub.
Rusiya diplomatik missiyasının rəhbəri avqustun 28-də Avropa İttifaqının Kiyevdəki missiyasının binasına raket zərbələri nəticəsində ziyan dəyməsi barədə mətbuatda yayılan məlumatlardan sonra çağırılıb.