Bu gün İsveçin paytaxtı Stokholmda fiziologiya və tibb sahəsində birinci mükafatın sahibi elan ediləcək.
Oxu.Az Nobel mükafatının rəsmi saytına istinadən xəbər verir ki, birinci mükafat Bakı vaxtı ilə 14:30-da elan ediləcək.
Oktyabrın 6-sı fizika sahəsində, 7 oktyabr kimya sahəsi üzrə, 9 oktyabr sülh Nobel mükafatının sahibi elan ediləcək.
İqtisadiyyat üzrə Nobel mükafatının sahibinin adı oktyabrın 12-də elan ediləcək.
Komitənin internet səhifəsində, ədəbiyyat sahəsində Nobel mükafatının verilmə tarixinin hələ dəqiqləşdirilmədiyi bildirilib.