İsveçin Erebru şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində göyərtədəkilərin hamısı ölüb.
“İzvestiya”nın məlumatına görə, bu barədə yerli polisin saytında məlumat verilib.
“DHC-2 Turbo Beaver”də ümumilikdə doqquz nəfər olub. Onlardan səkkizi paraşütçü, biri isə pilot olub.
Təyyarə havaya qalxdıqdan az sonra Erebru hava limanının enmə zolağı yaxınlığında qəzaya uğrayıb və alovlanıb.
#BREAKING
— Steve_Ampy 🏈 💬 (@steve_ampy) July 8, 2021
Several people died in the crash of an airplane after takeoff outside Orebro, #Sweden.
"It's a very severe accident," Swedish police said on their website. "Several people have died."
Police said the plane was carrying nine people.#Svenska pic.twitter.com/8Fj32kH5BX