İtaliya A Seriyasının 7-ci turunda "Milan" - "Fiorentina" matçına yekun vurulub.
Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 56-cı dəqiqədə qonaqların müdafiəçisi Robin Qosens vurub. "Milan"ın portuqaliyalı hücumçusu Rafael Leao 63-cü dəqiqədə hesabı bərabərləşdirib. 86-cı dəqiqədə isə o, penaltini dəqiq yerinə yetirərək ikinci qolu vurub.
Bu görüşdən sonra "Milan"ın aktivində 16 xal var. Komanda turnir cədvəlində liderliyə yüksəlib. Üç xalı olan "Fiorentina" isə 18-ci yerdədir.