İtaliya A Seriyasının 11-ci turunda "Bolonya" son çempion "Napoli"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, oyunda ev sahibi komanda 2-0 hesabı ilə qalib gəlib.
Hər iki qol ikinci hissədə vurulub. Onların müəllifləri Dallinqa (50) və Lukumi (66) olublar.
Bu matçdan sonra "Napoli"nin 22 xalı var və klub turnir cədvəlində ikinci yerdədir. "Bolonya" 21 xalla beşincidir. Liqaya 22 xalla "Milan" liderlik edir.
İtaliya A Seriyası: "Napoli" zirvəni "Milan"a təhvil verdi