İtaliya A Seriyasının 2026/2027 mövsümünün 10-cu turunda "Yuventus" doğma meydanda "Napoli"ni 2:0 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, Turindəki "Alyans" stadionunda keçirilən görüşün baş hakimi Simone Sozza olub.
Matçın 70-ci dəqiqəsində Kərim-Sem Alaybegoviç hesabı açaraq Turin təmsilçisini önə keçirib. 75-ci dəqiqədə "Napoli"nin futbolçusu Luka Marianuççi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 87-ci dəqiqədə isə Jeremi Boqa "Yuventus"un ikinci qolunu vurub.
Bu qələbədən sonra xallarının sayını 17-yə çatdıran "Yuventus" turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. 14 xalı olan "Napoli" isə səkkizinci yerdədir.
Növbəti turda Turin klubu noyabrın 8-də səfərdə "Fiorentina" ilə qarşılaşacaq. Həmin gün "Napoli" isə "Latsio"nu qəbul edəcək.