"Yuventus"da çıxış edən türkiyəli futbolçu Kenan Yıldıza Argentina futbolunun əfsanəsi Lionel Messidən xüsusi hədiyyə gəlib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Messi Argentina millisinin heyətində keçirdiyi son oyunda geyindiyi, özü üçün xüsusi hazırlanmış butsları gənc futbolçuya hədiyyə edib.
Gözlənilməz hədiyyə qarşısında böyük sevinc yaşayan Kenan Yıldız hisslərini gizlədə bilməyib. O, təəssüratını belə ifadə edib:
"Əgər emosional insan olsaydım, indi ağlayardım".
Qaynar xətt:
(055) 224 12 12