Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununa çıxır.
Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma səfərdə Lixtenşteynlə qarşılaşacaq.
Oyun Vaduz şəhərindəki "Rheinpark" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Görüşü FIFA referisi, estoniyalı Kristo Tohver idarə edəcək.
UEFA Millətlər Liqası
D Liqası, II qrup
23:45 - Lixtenşteyn - Azərbaycan.
Xatırladaq ki, millimiz üç turdan sonra beş xalla D Liqasının II qrupunda liderdir.
Qaynar xətt:
(055) 224 12 12