İtaliya A Seriyasının 13-cü turunda "Roma" "Napoli"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, matçın taleyi bir dəqiq zərbə ilə həll olunub.
Oyunda yeganə qolu 36-cı dəqiqədə Neres meydan sahiblərinin qapısına vurub və qonaqlara vacib üç xalı qazandırıb - 0:1.
Hazırda Neapol təmsilçisi turnir cədvəlində 28 xalla 2-cidir. Komanda lider "Milan"la eyni sayda xal toplayıb və yalnız əlavə göstəricilərə görə geri qalır. Bir xal az toplayan paytaxt klubu isə 4-cü pillədə qərarlaşıb.
İtaliya A Seriyası: "Roma" - "Napoli" matçının taleyini bir qol həll etdi