İtaliya Prezidenti Corco Napolitano istefa verib.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, 89 yaşlı Napolitano prezident iqamətgahını tərk edərək Romadakı mənzilinə yollanıb.
Qeyd edək ki, yanvarın 13-də İtaliyanın Baş naziri Matteo Rentsi prezidentin səlahiyyətlərinin 2020-ci ildə başa çatmasına baxmayaraq, “yaxın saatlarda” istefa verəcəyini elan etmişdi.