Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İtaliya səfiri Kursk hadisəsi ilə bağlı Rusiya XİN-ə çağırılıb
Ukrayna hərbçilərinin hücumunu işıqlandırmaq üçün İtaliyanın "RAI" (Radiotelevisione italiana) dövlət teleradio şirkəti jurnalistlərinin Rusiyanın Kursk vilayətinə qanunsuz daxil olması səbəbindən İtaliya səfiri Çeçiliya Piççioni Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bununla bağlı ona kəskin etiraz bildirilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin məlumatında deyilir.
"Avqustun 16-da İtaliyanın Moskvadakı səfiri Piççioni Rusiya XİN-ə çağırılıb. Ukraynalı yaraqlıların Kursk vilayətinə cinayətkar terror aktını işıqlandırmaq üçün İtaliyanın "RAI" (Radiotelevisione italiana) dövlət teleradio şirkəti jurnalistlərinin Rusiya Federasiyasının ərazisinə qanunsuz daxil olmaları ilə bağlı səfirə kəskin etiraz bildirilib.
Rusiya qanunvericiliyini və jurnalist etikasının əsas qaydalarını kobud şəkildə pozaraq, italiyalı müxbirlər ölkəmiz ərazisində olmalarından Kiyev rejiminin cinayətlərinə təbliğat dəstəyini ağartmaq üçün istifadə ediblər", - Rusiya XİN-də bildirilib.
Rəylər