Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İtaliyada böyük əməliyyat: Yüzə yaxın mafioz həbs edildi
İtaliya polisi Kalabriya mafiyasına - "Ndranqeta"ya qarşı böyük əməliyyat keçirib. Əməliyyat çərçivəsində 14 əyalətdə mafiyanın klanlarına qarışmaqda və ya onlarla əməkdaşlıqda ittiham olunan 97 nəfər həbs edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "EFE" agentliyi Redjo-di-Kalabriyanın karabinerlərinə (hərbi polis) istinadən məlumat verib.
Bildirilib ki, "Millenium" kod adlı əməliyyat zamanı həbs olunanlar mafioz təşkilatda iştirakda, narkotiklərin qanunsuz dövriyyəsində, adam oğurluğunda, siyasətçilərə təsir göstərməkdə və qanunsuz silah saxlanılmasında ittiham olunurlar.
Bundan əlavə, çirkli pulların yuyulması və cinayət əməllərinə logistik dəstək verilməsi üçün istifadə olunduğu güman edilən iki şirkətin fəaliyyəti ilə bağlı da araşdırmalara başlanılıb.
"İtaliya" teqi üzrə xəbərlər
- Almaniya və İtaliya ABŞ Federal Ehtiyat Sisteminin anbarlarından qızılları geri götürməyə çağırır
- İtaliyanın müdafiə naziri: "NATO-nun artıq mövcud olmaq üçün heç bir səbəbi yoxdur"
- İtaliya ABŞ-nin İrana zərbə endirməsi üçün öz bazalarını təklif edə bilər
- İtaliya XİN: "29 vətəndaşımız Azərbaycan vasitəsilə İranı tərk edib"
- "Salernitana" üçün böyük şok: Həlledici matç öncəsi 8 futbolçu zəhərləndi