Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İtaliyada onlarla zəlzələ qeydə alınıb: Son 40 ilin ən güclü təkanları təkrarlana bilər
İtaliyanın cənubunda, Neapol ərazisində onlarla zəlzələ qeydə alınıb.
Bu barədə Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Seysmik təkanlar 20 may tarixində axşam saatlarında qeydə alınıb. Onlar heç bir fəsad törətməsələr də, əhali arasında təşviş yaradıblar.
Regionun paytaxtı Kampaniya yaxınlığındakı vulkanik ərazi olan Fleqrey sahələrində mütəxəssislər 49 təkan qeydə alıblar. İlk zəlzələ 3,5 bal gücündə olub. İkincisi isə yerli vaxtla saat 20:10-da 4,4 bal gücündə olub, ardınca onlarla təkrar təkanlar baş verib.
Alimlərin sözlərinə görə, bunlar son 40 ildə ən güclü təkanlar olub.
Ehtiyat tədbiri olaraq, yerli hakimiyyət orqanları çərşənbə axşamı məktəblərin bağlanacağını açıqlayıblar. Burada müvəqqəti məskunlaşma mərkəzləri yerləşdiriləcək, çünki INGV gecə ərzində yeni təkanların baş verəcəyini istisna etmir.
"İtaliya" teqi üzrə xəbərlər
- "Salernitana" üçün böyük şok: Həlledici matç öncəsi 8 futbolçu zəhərləndi
- İtaliya XİN: "İran 10 atom bombası yaratmağa hazırlaşırdı"
- İtaliyada leykozdan ölən yeniyetmə 21-ci əsrin ilk müqəddəsi olacaq
- Azərbaycana gətirilən duz məhsullarında uyğunsuzluq aşkarlanıb
- İtaliyada kişi işlədiyi zavoddan bir ilə iki kiloqram qızılı saçlarında gizlədərək çıxarıb