Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İtaliyada "Tesla"nın mağazasında yanğın: 17 avtomobil KÜL OLDU
İtaliyanın paytaxtı Romada "Tesla" dilerində (satış nöqtəsində) yanğın baş verib.
Bu barədə Oxu.Az "Anadolu" Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Terranova bölgəsində, Serrakapriola küçəsində yerləşən satış nöqtəsində baş verən yanğın zamanı xəsarət alan olmasa da, 17 "Tesla" avtomobili yanaraq kül olub.
Yanğının səbəbi hələ müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
"İtaliya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar