İtaliyada avtobus, qoşqulu avtomobil və üç minik avtomobilinin iştirakı ilə baş verən böyük yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb, daha 30 nəfər yaralanıb.
Oxu.Az "RAI Radio 1" radiostansiyasına istinadən xəbər verir ki, qəza Umbriya və Latsio vilayətlərinin sərhədində yerləşən yolda baş verib.
Polisin məlumatına görə, avtobus qoşqulu avtomobilə çırpılıb. Nəticədə avtobusda olan dörd nəfər, o cümlədən sürücü, həmçinin avtomobildəki iki sərnişin ölüb.
30 yaralıdan 4-nün vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Yolun həmin hissəsində hərəkət dayandırılıb.