Son məlumata görə, Romanın mərkəzində poçt şöbəsinin yaxınlığında baş verən partlayışda xəsarət alan olmayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İtaliyadakı səfirliyinin mətbuat-attaşesi Mariya Kuçuk məlumat yayıb.

“Söhbət əldəqayırma partlayıcı qurğudan gedir, partlayış nəticəsində xəsarət alan olmayıb, biz İtaliya tərəfinin məlumatlarını izləyirik”, - Kuçuk bildirib.
Partlayış cümə günü İtaliya paytaxtının mərkəzində Aventino küçəsində baş verib. Poçt şöbəsi yaxınlığında park edilmiş iki avtomobilin arasında yerləşdirilən sadə partlayıcı qurğu işə düşüb. Digər məlumatlara görə, iki partlayıcı qurğu olub.

Partlayışdan bir neçə dəqiqə sonra ikinci qurğunun tapıldığı barədə məlumat yayılıb, sonradan inşaat qumunun olduğu torbanın bombaya bənzədildiyi aşkar olub.
12:44
İtaliyanın paytaxtında Romada partlayış baş verib, bu barədə İtaliya KİV-i məlumat yayıb.
“RAI News” telekanalının yaydığı məlumata görə, partlayış nəticəsində ölən və xəsarət alanlar haqqında rəsmi məlumat yoxdur.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
ANSA informasiya agentliyinin yaydığı məlumata görə, partlayış poçt şöbəsinin girişində baş verib. Məlumata görə, partlayış nəticəsində yaxınlıqda park edilmiş avtomobil zədələnib.
Agentlik partlayışın səbəbinin müəyyən edilmədiyini bildirib, amma partlayıcı qurğunun işə salındığı da istisna edilmir.
N.O.
www.oxu.az