45 yaşlı britaniyalı Ueyn Dikson Britaniyanın bütün sahillərini zibillikdən təmizləmək arzusundadır.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Ueyn 18 ay ərzində iti Koda ilə birlikdə 2000 mil (3220 km) ərazini zibildən təmizləyib. Onun məqsədi isə 7000 mil (11265 km) qət etməkdir.
Onun sözlərinə görə, sahilləri təmizləmək həm turizm, həm insanlar, həm də təbiət üçün faydalıdır.
E.C.
www.oxu.az