İtkin düşmüş Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisə məxsus yanmış avtomobil aşkarlanıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, avtomobildə olan yanmış meyitin kimə məxsus olduğunu ekspertiza müəyyənləşdirəcək.
Yanmış avtomobilin şəkli “Globo” telekanalının saytında dərc edilib. Avtomobil səfirin itkin düşdüyü Rio-de-Janeyronun Nova-İquasu bələdiyyəsi ərazisində aşkarlanıb.
Qeyd edək ki, ailəsi ilə birlikdə Rio-de-Janeyroda məzuniyyətdə olan 59 yaşlı səfir üç gün idi evdən gedib və bir daha geri dönməyib. K.Amiridisin həyat yoldaşı onun itkin düşməsi barədə polisi məlumatlandırıb.
N.О.