ABŞ prezidentinin köməkçisi İvanka Trampın oğlu Cozef ilə rəqsi onun bu günlərdə satışa çıxarılacaq analıq haqqında kitabına özünəməxsus reklamı olub.
Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin köməkçisi İvankanın oğlu Cozef ilə rəqsi onun sosial şəbəkədəki hesabında yerləşdirilib. Baş verənləri bir yaşlı kiçik oğlu Teodor izləyir.
“Kiçik sevinclər mühümdür, əsasən də ana işlədiyin vaxt. İşdən sonra balaca oğlanlarımla əylənirik. “Working Mother Magazin” mənə analıq haqqında kitabımda on anı qeyd etməli olduğumu bildirib”, - İvanka videosunun altında yazıb.
İvanka Tramp və Cared Kuşnerin ailəsində üç uşaq böyüyür: iki oğlandan başqa, altı yaşlı qız da var.
Z.Q.
www.oxu.az