Türkiyənin İzmir şəhəri qəfil selin əsirinə çevrilib. Qısa müddət ərzində yağan güclü yağış şəhəri gölməçəyə çevirib.
Oxu.Az-ın Milliyət nəşrinə istinadən məlumatına görə, güclü leysan yağışları İzmiri bir neçə saat ərzində iflic etdi.
Təbii fəlakət nəticəsində yolları su basıb, küçələrdən axan sel suları avtomobillərin hərəkətinə mane olub.
Magistral və şəhər içi yollarda nəqliyyat vasitələrinin hərəkəti tamamilə iflic vəziyyətdədir.
Yağışa hazırlıqsız yaxalanan sakinlər çətin anlar yaşayıb.
Ekspertlərin fikrincə, bu cür leysan yağışlarından sonra fəsadlar ortaya çıxmağa başlayacaq. İndidən dəyən ziyan hesablanır.
S.B.
www.oxu.az