Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham olunub
Fransada məşhur aktyor Jerar Depardyeyə qarşı yenidən cinsi təcavüzə dair şikayət edilib.
Bu barədə sənətçinin vəkili məlumat yayıb.
Qeyd olunub ki, adının açıqlanmasını istəməyən rejissor Jan-Pyer Mokinin keçmiş köməkçisi yanvarın 8-də şikayət edib. Qadın 2014-cü ildə “Le magicien et les siamois” filminin çəkilişləri zamanı aktyor tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, Depardye ona şəhvətlə toxunub və nalayiq ifadələr işlədib.
Xatırladaq ki, Jerar Depardye artıq əvvəllər də zorlama və ya cinsi təcavüzdə ittiham olunub. 2018-ci ildə aktrisa Şarlotta Arno aktyorun Parisdəki evində ona iki dəfə təcavüz etdiyini deyib.
Şarlotta Arno Jerar Depardyeni cinsi təcavüzdə ittiham edən 13 qadından biri olub. 2023-cü ilin aprelində Fransanın “Mediapart” portalı onların ifadələri əsasında araşdırma dərc edib. Portalın məlumatına görə, bütün hadisələr 2004-2022-ci illər arasında baş verib.
Mənbə: gazeta.ru
Mövzuya aid xəbərlər
- Fransada onlarla mədəniyyət xadimi təcavüzdə ittiham olunan Jerar Depardyenin müdafiəsinə qalxdı
- İspan jurnalist Jerar Depardyeni zorlamada ittiham edib
- Təcavüzdə ittiham olunan Jerar Depardyeyə “mədəni” cəza - FOTO
- Depardyeni zorlamada ittiham edən aktrisa intihar edib
- 13 qadın Depardyeni cinsi zorakılıqda ittiham edib
Rəylər