Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski özünü Ukraynadakı taxta fabrikinin sahibi adlandırıb.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə o, sözügedən müəssisəni özünə geri qaytaracağına əminlik ifadə edib.
Qeyd edək ki, Jirinovskinin bu iddiaya düşməsinin səbəbləri araşdırılıb. Bəlli olub ki, Kostopoldakı taxta fabriki 1939-cu ilə qədər Jirinovskinin babası – İçek Ayzek Eydelşteynə məxsus olub.
Partiya sədri artıq Kiyev vilayət məhkəməsinə müraciət edib.
Fabrik sahibləri isə Jirinovskinin qalib gələcəyini absurd sayıblar.
Ukraynalı jurnalistlər daha bir maraqlı məqamı üzə çıxarıblar. Məlum olub ki, Jirinovskinin babası həmin vaxtlar kredit götürməyə meyil göstərər, həmin vəsaitləri geri qaytarmağa isə həvəslə yanaşmazmış.