RLDP rəhbəri Vladimir Jirinovski Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış “Poroşenko və Ərdoğan batsa idilər, siz kimi birinci xilas edirdiniz?” sualını öz mövqeyindən cavablandırıb.
Oxu.Az-ın məlumatına görə, müvafiq sualı siyasətçiyə LifeNews nəşrinin müxbiri verib.
“Mən onları bir müddət suda saxlayardım, boğulmağa başlayanda isə hər ikisini saçlarından tutub çıxarardaraq üz-üzə qoyardım ki, onlar bizə biri qərbdən, digəri isə cənubdan necə ziyan vurduqlarını başa düşsünlər. Onların hər ikisi bizim qarşımızda günahkardır”, - Jirinovski deyib.
Liberal-demokratların lideri qeyd edib ki, Ərdoğan rusiyalı pilotun ölümünə görə və Suriyada “islam döyüşçülərinə” dəstək verdiyi üçün “daha pisdir”.
“Petr Alekseyeviçi (Poroşenko) isə mən saçlarından yapışıb çıxardarım və “Yeni Rusiyaya” müstəqillik verməyə məcbur edərdim”, - siyasətçi qeyd edib.