Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin fikrincə, Krımın adını dəyişib Tavrida qoymaq lazımdır.
Oxu.Az xəbər verir ki, bu barədə o Lifenews telekanalına verdiyi müsahibəsində bildirib.
Bu, “heç kimin birinciliyi mənimsəməməsi” üçün lazımdır.
“Tavrida yunan adıdır. Sevastopol, Feodosiya, Kerç, Yevpatoriya – bütün bunlar yunan adlarıdır. Krım isə təmiz krım-tatar adıdır. Hər şey ilkin şəkildə olmalıdır! Volqoqrad deyil, Sarisin, Kirov deyil, Vyatka, Ulyanovsk deyil Simbirsk, Noginsk deyil Boqorodsk olmalıdır”, - Jirinovski əmindir.
Jirinovskinin sözlərinə görə, RLDP Dövlət Duması tərəfindən, Krımın adının tavridaya dəyişdirilməsi üçün RF hakimiyyətinə müraciət təqdim edəcək.
E.Ə.