Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski proletariatın dahi rəhbəri Vladimir İliç Lenini mavzoleydən çıxararaq dəfn etməyi təklif edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Jirinovski bildirib ki, Rus Pravoslav Kilsəsi icazə verərsə, Volodya Ulyanov Mıtişşi qəbristanlığında dəfn edilə bilər.
O, Leninin ateist olduğunu da yada salıb:
“Onu kilsəyə də aparmaq olar, amma o ateist və allahsız idi, buna görə yaxşı düşməz”.
Vladimir İliç Leninin cəsədi 1930-cu ildən Qızıl Meydanda kərpicdən tikilmiş və qranitlə üzlənmiş divarları olan dəmir-beton mavzoleydə saxlanır. Buna qədər isə o, taxta mavzoleydə qoyulmuşdu. İkinci Dünya müharibəsi illərində onu Tümenə aparıblar və 1945-ci ildə geri qaytarıblar.