Britaniya polisi kraliça II Yelizavetaya sui-qəsd olunduğunu dörd islamçını saxlamaqları ilə təsdiqlədilər.
Bu barədə noyabrın 8-i “The Sun” yazıb, Oxu.Az xəbər verir.
Nəşrin iddiasına görə, terrorçular II Yelizavetanı Krallığın müharibə və hərbi münaqişələrdə həlak olmuş Britaniya legionunun xatirəsinə həsr olunmuş festivalın tədbirləri zamanı öldürməyi planlayırdılar. Cinayətkarlar, ona bıçaqla hücum etməyi düşünürdülər, bu, Kral Albert-hollunda baş verməli idi, onların odlu silahı olması da istisna deyil.
Polis 19-27 yaş aralığında dörd nəfəri həbs edib, eləcə də Londonun qərbi hissəsində, Bakinqemşir qraflığında reyd keçirib. The Daily Mail-in məlumatına görə, şübhəli bilinən dörd nəfərdən ən gənci – 19 yaşlı Yusif Səid – Hay-Uikemdə anasının evində həbs edilib. Bəzi məlumatlara görə o, bu yaxınlarda Pakistandan səfərdən qayıdıb. Şübhəli bilinənlərin içində yaşca ən böyüyü Sautholda saxlanılıb. Qalan iki nəfəri isə, Haunslou və Aksbricdə həbs ediblər. Onların hamısı Londonun mərkəzində yerləşən polis bölməsinə gətirilib və dindiriliblər.
Terror aktının hazırlanmasında şübhəli bilinənlərin saxlanılması Skotland-Yardın hesabatında bildirilib, amma onların kraliçaya sui-qəsd etmələri barədə heç bir şey deyilmir. Əməliyyatda polisdə deyilənlərə görə, terrora qarşı dəstə, M15 xəfiyyələri və digər xüsusi xidmət nümayəndələri iştirak ediblər.
The Sun-ın yazdığına görə, II Yelizavetanın özü və baş nazir Devid Kemeron, hazırlanan sui-qəsd barədə xəbərdar edilmişdilər. Buna baxmayaraq Bukingem sarayında kraliçanın rəsmi tədbirlərdə iştirakını təxirə salmamaq qərara alınmışdı.
Şübhəli bilinən şəxslərin “İslam dövləti” qruplaşması ilə əlaqəsi olub-olmadıqları haqda xəbər verilmir. Daha öncə KİV-də İraq və Suriyada döyüşən islamçıların Avropa və ABŞ-da terror aktlarını təşkil etməyi planlaşdırdıqları barədə xəbər verilmişdi.