Ermənilər hər səhər mənim xaşımı gətirir.
Oxu.Az xəbər verir ki, Moskvadakı Azərbaycan diasporunun nümayəndələrindən birinin Publika.Az-a dediyinə görə, bu barədə Vladimir Jirinovski azərbaycanlılara irad tutarkən deyib.
Vladimir Jirinovskinin Azərbaycana qarşı son iddialarından yola çıxaraq onunla bağlı bəzi maraqlı məlumatlar əldə etmişik.
Jirinovski ermənilərin hər səhər ona xaş gətirdiyini özü deyib və azərbaycanlılara “Moskvada bu qədər restoranınız var, amma bir dəfə səhər mənə xaş gətirdiyinizi görmədim”- deyə irad tutub.
Jirinovskinin partiyasının əsasən ermənilərlə işlədiyi məlumdur. Hətta bir neçə il öncə onun partiyasından yüksək vəzifə tutan bir erməni həbs edilmişdi.
Diaspor fəalı deyir ki, Rusiyadakı tanınmış azərbaycanlılar Jirinovski ilə işləməkdən imtina edirlər. Onu qeyri-ciddi adam gözündə görməklə yanaşı, buna səbəb Jirinovskinin Kremlin adamı olması, yəni “xətadan uzaq durmaq” prinsipidir.
“Jirinovskinin azərbaycanlılara qarşı münasibətinin səbəbləri bir qədər qəribədir. Burda daha çox şəxsi məsələ üstünlük təşkil edir. Hətta bir dəfə bizimlə görüşəndə “bu qədər restoranınız var, amma mənim xaşımı hər səhər ermənilər gətirir” deyə bildirmişdi. Yarı zarafat, yarı ciddi azərbaycanlılara münasibətinin dəyişməsi üçün bizdən xaş qonaqlığı da istəmişdi” - deyə adının açıqlanmasını istəməyən azərbaycanlı bildirir.