Azərbaycanın İqtisadi İnkişaf və Sənaye Nazirliyi nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu biznes sahəsinə 2014-cü il üçün planlaşdırılmış imtiyazlı kreditin 16%-ni ayırıb.
Oxu.Az SKMF-nin məlumatına istinadən bildirir ki, 2014-cü ilin əvvəlində sahibkarlara 44,7 milyon manat imtiyazlı kredit ayırıb.
“Bu kreditlərin hesabına realizə edilən investisiya layihələrinin nəticəsində 2500 yeni iş yeri açılacaq”, - məlumatda deyilib.
2014-cü ildə fonddan verilən imtiyazlı kredit 280 milyon manat olmalıdır (bundan 150 milyon manatı dövlət büdcəsi, qalan isə qaytarılan kreditlər hesabınadır).