Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Joxovurd”: Ermənistan borc içində batır
Ermənistanın dövlət borcu sürətlə artmağa və yeni rekordlar qırmağa davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazır.
Ermənistan Maliyyə Nazirliyinin dərc etdiyi məlumata görə, 2016-cı ilin may ayında ölkənin dövlət borcu 5 milyard 252 milyon 200 min dollara çatıb. Qəzet qeyd edir ki, bir ay ərzində - aprel ayında bu göstərici 56 milyon 100 min dollara qədər artıb.
“Dövlət borcunun son ayda artması xarici borcun payına düşür, o, 53 milyon 400 min dollar artıb. Bu isə öz növbəsində Ermənistan iqtisadiyyatının beynəlxalq strukturların və maliyyə təşkilatlarından alınan kreditlərin hesabına mövcud olmağa davam etdirməsi deməkdir”, - qəzet yazır.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan sülh müqaviləsinin imzalanma vaxtını müzakirə etməyə hazırdır
- Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırıldı
- "Haber Global": "Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır"
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistana köçürür? - Pentaqondan AÇIQLAMA
- İsveç Xarici İşlər Nazirliyi sülh sazişi ilə bağlı Azərbaycan və Ermənistana çağırış etdi