Avropa İttifaqı (Aİ) Fələstinə cari ödənişləri dayandırmayacaq.
Bunu “X” sosial şəbəkə hesabında Aİ-nin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel yazıb.
O qeyd edib ki, hazırda məsələyə yenidən baxılması cari ödənişlərə şamil edilməyəcək.
The review of the EU's assistance for Palestine announced by the European Commission will not suspend the due payments, as clarified by the Commission’s press release.
— Josep Borrell Fontelles (@JosepBorrellF) October 9, 2023
01:02
Avropa İttifaqı (Aİ) İsrailə qarşı təcavüzlə əlaqədar Fələstinə yardımın bütün həcminin dondurulduğunu elan edib.
Bu yardım çərçivəsində bütün layihələrə yenidən baxılacaq.
Avropanın Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varheliy sosial şəbəkədə yazıb ki, İsrailə, onun xalqına qarşı terror və vəhşiliyin miqyası dönüş nöqtəsinə çevrilib. Onun sözlərinə görə, heç bir şey olmamış kimi əməkdaşlıq davam edə bilməz.
“Fələstinlilərin ən böyük donoru olan Avropa Komissiyası bütün 691 milyon avroluq inkişaf yardımı paketinin nəzərdən keçirilməsinə başlayır. Bütün ödənişlər dayandırılacaq. Bütün layihələr nəzərdən keçiriləcək. 2023-cü il də daxil olmaqla, bütün yeni büdcə təklifləri qərarlar qəbul edilənə qədər təxirə salınıb. Nifrətə, zorakılığa və terrora çağırışlar çoxlarının zehnini zəhərləyib”, - o qeyd edib.