Çeçenistan rəhbəri Ramzan Kadırov “Instagram”da çevik reaksiya xüsusi təyinatlı bölüyün üzvlərindən ibarət “Terek” komandası ilə növbəti futbol oyunu zamanı ayağından travma aldığını bildirib.
“Bu dəfə onlar tamamən yeni taktika seçdilər – gözlənilmədən hücum edib yıxdılar! Ayağa qalxdım və Ndrey Mironov demişkən “gips”!”, - o yazıb.
Siyasətçi, həmçinin əzilən ətrafların bərkidilməsi üçün istifadə edilən müasir vasitələri də tərifləyib.
“Uşaqlıqda gipsdən əziyyət çəkirdik, elə bilirdik, orada artıq hansısa canlılar yuva salıb”, - Kadırov zarafat edib və əlavə edib ki, oyunda ikisi onun komandasının qapısına vurulmaqla, yeddi qol vurulub.

N.O.
www.oxu.az