Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Putinin “yalnız çeçenlər Suriyada piyada gəzə bilərlər” ifadəsini şərh edib.
Oxu.Az-ın xəbərinə görə, siyasətçi bu barədə öz Teleqram kanalında yazıb.
“Düzdür. Çünki biz Rusiya prezidentinin piyadalarıyıq və o, haraya əmr versə, həmin yerə piyada getməyə hazırıq”, - Kadırov qeyd edib.
S.B.
www.oxu.az