Çeçenistan rəhbəri Ramzan Kadırov siyasətçi Boris Nemtsovun qətli ilə bağlı cinayət işi üzrə ifadə verməyə hazır olduğunu bildirib.
Oxu.Az bu barədə “İnterfaks”a istinadla xəbər verir.
“Mən məmnuniyyətlə ifadə verməyə hazıram. Nə problem? Əgər Nemtsovun övladları tələb edirsə”, - Kadırov “Qovorit Moskva” radiostansiyasının efirində deyib.
O qeyd edib ki, Nemtsovun vəkillərinin ona hansı sualları verəcəyi ona maraqlıdır.
Qeyd edək ki, Nemtsov fevralın 27-də Moskvada qətlə yetirilib.
www.oxu.az