Bakının Xətai rayonunda, Nobel prospektinə paralel 8 hərəkət zolaqlı dənizkənarı avtomobil yolunun tikintisinin mayın ikinci ongünlüyündə yekunlaşdırılması planlaşdırılır.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, hazırda son tamamlanma işləri gedir, asfalt-beton örtüyünün son layı vurulur.
Qeyd edək ki, yol boyu iki dairəvi qovşaq və üç piyada keçidi tikilib. Bağlantı yollarla birlikdə ümumi uzunluğu 2 km-dən artıq olan yol 4 gediş və 4 gəliş olmaqla, 8 hərəkət zolağından ibarətdir. Eni isə 45 metr olan yolun bir zolağı nəqliyyat vasitələrinin park edilməsi üçün planlaşdırılır.
E.Ə.
www.oxu.az