Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Kainatdakı ən böyük struktur aşkar olunub](https://images.oxu.az/2025/02/09/zN9pfHZCcAcv6qOoz5zo0v8cEGw5Woq5JeSgP2kU:1200.jpg)
Kainatdakı ən böyük struktur aşkar olunub
Beynəlxalq astronomlar qrupu kainatda məlum olan ən böyük quruluşu - Kipu superqalaktikalar sistemini aşkar ediblər. Bu quruluş, inklərin qədim yazı sisteminin şərəfinə adlandırılıb.
Oxu.Az xəbər verir ki, tədqiqat "Astronomy and Astrophysics" (A&A) elmi jurnalında dərc olunub.
Kipu 1.3 milyard işıq ili uzunluğunda və təxminən 200 kvadrilyon Günəş kütləsi olan qalaktikaların qruplaşmalarından ibarət nəhəng bir quruluşdur. Bu quruluş qravitasiya ilə bir-birinə bağlanıb.
O, müşahidə olunan kainatdakı qalaktika qruplaşmalarının 45%-ni, qalaktikaların 30%-ni və maddənin 25%-ni özündə birləşdirir.
Superquruluş o qədər böyük kütləyə malikdir ki, ətraf məkana təsir edir, işığı əyir, kosmik mikrodalğalı fon şüalanmasını dəyişdirir.
Lakin belə nəhəng obyektlər belə əbədi deyil.
"Gələcəkdə bu superquruluşlar daha kiçik vahidlərə parçalanacaq, lakin hazırda onlar unikal fiziki obyektlərdir və xüsusi diqqətə layiqdirlər," - alimlər qeyd ediblər.
Rəylər