Kaliforniyada məktəbdə silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, daha 7 nəfər yaralanıb.
Şerif müavini Fil Constonun sözlərinə görə, xəsarət alanlardan üçü uşaqdır.
14.11.2017 22:54
ABŞ-ın Kaliforniya ştatında naməlum şəxsin məktəb ərazisində açdığı atəş nəticəsində 3 nəfər ölüb.
Oxu.Az-ın Reuters-ə istinadən xəbərinə görə, hadisə yerinə gələn polis cinayətkarı zərərsizləşdirib.
İnsident Texama dairəsində səhər saatlarında qeydə alınıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda məktəb binasında və yaxın ərazidə axtarış tədbirləri aparır.
S.B.
www.oxu.az