Naməlum şəxs ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harrisin Kaliforniya ştatının Malibu şəhərində yerləşən evinin ərazisinə daxil olub.
Oxu.Az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə xanım Harrisin mətbuat katibi Eduardo Neqrona məlumat yayıb.
Təhlükəsizlik əməkdaşları əraziyə daxil olan şəxsi saxlayıblar.
Hadisə yerinə polis gəlib və qanunsuz daxilolma ilə bağlı protokol tərtib edərək şəxsi müvəqqəti saxlayıb. Daha sonra o, sərbəst buraxılıb.
K.Harris evi 2025-ci ilin dekabrında alıb. Neqronanın sözlərinə görə, hadisə zamanı nə Harris, nə də onun həyat yoldaşı evdə olub.
2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Tramp Harrisin dövlət tərəfindən mühafizəsinin dayandırılması barədə göstəriş verib. Halbuki bundan əvvəl onun mühafizəsinin daha bir il uzadılması nəzərdə tutulurdu.