Kamboca Tailandı dərhal atəşkəsə çağırıb.
Oxu.Az bu barədə "BBC News"a istinadla xəbər verir.
Kambocanın BMT-dəki daimi nümayəndəsi Çea Keo deyib ki, ölkəsi qeyd-şərtsiz atəşkəs istəyi ilə müraciət edib.
Tailand bu təklifi açıq şəkildə şərh etməyərək, üçüncü tərəfin vasitəçiliyini rədd edib.
Davam edən sərhəd toqquşmaları nəticəsində hər iki ölkədə mülki şəxslər də daxil olmaqla azı 32 nəfər həlak olub, 200 minə yaxın insan isə didərgin düşüb.
Kamboca Silahlı Qüvvələri Tailandın Trat əyalətinin ərazisinə soxulub, lakin tailandlı dəniz piyadaları tərəfindən geri oturdulublar.
Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadla xəbər verir.
Agentlik Kamboca qoşunlarının Tailand sərhədini üç yerdə keçdiyini vurğulayıb.
Tailandın Müdafiə Nazirliyi bəyan edib ki, Krallıq öz suverenliyini qətiyyətlə müdafiə edir və heç bir təcavüzə dözməyəcək.
"Tailand Kamboca ərazilərinə hücum əməliyyatlarını genişləndirib".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant Mali Soçeat deyib.

Onun sözlərinə görə, Tailand qoşunları iyulun 24-dən bəri təkcə Kambocanın hərbi mövqelərinə deyil, həm də mülki obyektlərə zərbələr endirir.
Bildirilir ki, bu hücumlarda ağır artilleriyadan, o cümlədən "F-16" qırıcıları və kaset bombalarından istifadə edilib.
Bununla yanaşı, Tailand Trat və Çantxaburi əyalətlərinin bir sıra rayonlarında hərbi vəziyyət elan edib, Bontey-Miençey əyaləti ilə sərhəd boyunca əlavə qoşun yerləşdirib.