Rusiyanın Kamçatka yarımadasının sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə saat 05:13-də qeydə alınıb.
Məlumata görə, yeraltı təkanlar 25 km dərinlikdə, Petropavlovsk-Kamçatskidən 180 km şərqdə baş verib.