Rusiyanın Kamçatka yarımadasında beş bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat paylaşıb.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 113 km məsafədə baş verib.
Yeraltı təkanların episentri 20 km dərinlikdə yerləşib.