Rusiyanın Kamçatka yarımadasında Klyuçevskoy vulkanı beş min metr hündürlüyə çatan kül püskürüb.
Püskürmə kadrlarını Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin bölməsi yayıb.
Qeyd edək ki, Kamçatkadakı vulkanlar son aylarda kifayət qədər aktiv olub: Klyuçevskoy iyun ayından püskürməyə başlayıb, Bezimyannı ötən həftə 11 km hündürlüyündə kül püskürüb.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı