Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında Azərbaycan komandasını dəstəkləmək istəyən azarkeşlər üçün 1200 bilet ayrılıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Həmin biletlər oyun günü - oktyabrın 26-da yerli vaxtla 18:00-dan etibarən “BayArena” stadionunda SG1 və SG3 sektorlarının qarşısında satılacaq. Biletin qiyməti 15 avrodur.
Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq "Bayer 04" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.